Bu il XI sinif üzrə məzunların sayı - 88 mindən artıq

14 İyun 2016 13:40 (UTC+04:00)

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 26 614, XI sinif üzrə isə 20 052 şagird məzun olub.2016-2017-ci tədris ilində respublika üzrə I sinfə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumi təhsil məktəbinin Nümunəvi Nizamna­məsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb.