15 layihə 160 milyon manat məbləğində investisiya təşviqi sənədi alıb

14 İyun 2016 15:00 (UTC+04:00)

Azərbaycanda müvafiq investisiya təşviqi sənədi almış 15 layihə üzrə investisiyaların ümumi həcmi təqribən 160 milyon manat təşkil edəcək.


Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.


Bu gün "İnvestisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər" mövzusunda keçirilən konfransda 15 şirkətin nümayəndəsinə investisiya təşviqi sənədləri təqdim olunub.