UEFA Rusiya millisinə qarşı şərti diskvalifikasiya qərarı verdi

14 İyun 2016 16:22 (UTC+04:00)

UEFA rusiyalı azarkeşlərin intizamsızlığı ilə bağlı qərarını ela edib. Goal.az xəbər verir ki, bununla əlaqədar Rusiya Futbol İttifaqı 150 min avro cərimələnib. Rusiya millisi isə şərti cəza alıb. Əgər komandanın iştirakı ilə keçiriləcək növbəti oyunlardan birində azarkeşlər oxşar əməllərə yol versə, Rusiya millisi AVRO-2016-dan kənarlaşdırılacaq.Qeyd edək ki, bu gün Rusiya - Slovakiya matçını izləmək üçün Lill şəhərinə gedən rusiyalı azarkeşlərin avtobusu Fransa xüsusi təyinatlı polisi tərəfindən saxlanılmışdı. 50 azarkeşin olduğu avtobusdan 29 nəfərin deportasiyası haqqında qərar qəbul olunub. Rusiya konsulunun müdaxiləsindən sonra 2 azarkeş buraxılıb. Digər azarkeşlərə hüquqi yardım göstəriləcək.