Şəhidin məzun olduğu məktəbdə fərqli -Son zəng-Fotolar

14 İyun 2016 11:55 (UTC+04:00)

Bu gün Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 182 saylı məktəbdə "son zəng" çalınıb. Movqe.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq son zəng bu dəfə fərqli təşkil olunub. 182 saylı məktəbin direktoru Ziynət Tağıyeva bu il məktəbdə təşkil olunan "son zəng" tədbirində məktəbin məzunu Emin Bağırovun xatirəsi anılıb. Tədbirdə şəhidin uğrunda canından keçdiyi üçrəngli Azərbaycan bayrağı dalğalanıb. Məzunlar bayrağımızı dalğalandıraraq, əsgəri yerişlə cəngi sədaları altında şəhid aprel döyüşlərində canından keçən Emin Bağırovun və digər şəhidlərimizin qanının yerdə qalmayacağına and içiblər. Tədbir vətənpərvərlik əhval-ruhiyyəsində davam edib.