Dənizdə batan şəxs xilas olunub

15 İyun 2016 18:00 (UTC+04:00)

Bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.