İstanbulda polislər atəşə tutuldular: ölən və yaralanan var - YENİLƏNİB

15 İyun 2016 18:30 (UTC+04:00)

İstanbulda polisin narkotik satışı ilə məşğul olan şəxslərə qarşı keçirdiyi əməliyyat başa çatıb. 

Movqe.az  "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, polisə atəş açan bir silahlı öldürülüb.

"Milliyet.com-tr"nin məlumatında atışma zamanı yaralanan polis əməkdaşının bir qədər sonra öldüyü bildirilir.

Qeyd edək ki, ilkin məlumatda atışma baş verən ərazinin - Arnavutköyün polis bölməsinin rəisi və digər bir polis əməkdaşının yaralandığı açıqlanıb. 

----------

15:36

İstanbulda polis əməkdaşlarına atəş açılıb. 

Movqe.az  "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, narkotik satışı ilə məşğul olan şəxsləri saxlamaq istəyən polis əməkdaşları şübhəli şəxslər tərəfindən atəşə məruz qalıb. Atışma zamanı iki polis əməkdaşının yaralandığı bildirilir. 

Yaralı polislər xəstəxanaya yerləşdirilib. 

Əraziyə polis helikopteri və texnikalar cəlb olunub.