Tovuzda Qarabağ müharibəsi əlillərinə ev verilib

15 İyun 2016 19:30 (UTC+04:00)

Tovuzda Qarabağ müharibəsi əlillərinə ev verilb. Movqe.az xəbər verir ki, Tovuzun Aşağı Quşçu kəndində 2, Aşağı Öysüzlü kəndində isə 1 Qarabağ müharibəsi əlilinə ev verilib.

3 otaqlı evlər müasir tələblərə uyğun qurulub. Tikililər mətbəx mebeli, istilik sistemi, elektrik enerjisi və təbii qaz xətləri ilə təmin edilib.

Rayonda müharibə əlillərinin evlə təminatı üçün işlər davam etdirilir./trend/