Mağazadakı ödəmə terminalını qarət etdi

15 İyun 2016 20:00 (UTC+04:00)

Ödəmə terminalından pul oğurlamış şəxs tutulub.

Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Samir İsmayılova məxsus mağazada quraşdırılmış "MilliÖN" ödəmə terminalından 550 manat pul oğurlamış rayon sakini Məhəmməd Şəfiyev tutulub.