Rus cütlüyün 23 i̇ldir bəslədiyi ayı ilə dostluğu - FOTO
15 İyun 2016 22:00 (UTC+04:00)
Bu hadisəyə insanlar müxtəlif reaksiya verirlər
1. Onlar birlikdə çox xoşbəxtdirlər.
Stepan ilə tanış olun. Bu "ev ayısı" Svetlana və Yuriy Panteleenko
cütlüyü ilə birlikdə Rusiyanın paytaxtı Moskvada yaşayır.
Panteleenko ailəsi Stepanı 3 aylıq olanda, atılmış vəziyyətdə
"övladlığa götürüblər." O, meşədə tək və çox pis vəziyyətdə ovçular
tərəfindən tapılmışdı. Bundan xəbər tutan cütlük isə onu evində
saxlamaq qərarına gəlir.
23 il keçdikdən sonra, Stepan çox sevimli, amma olduqca böyük
ayıdır. O, evdə bitkilərə su vermək və öz insan dostları ilə
televizora baxmaqdan həzz alır. "O insanları çox sevir və heç vaxt
aqressiya göstərməyib. Heç vaxt bizə hər hansı bir zərər vurmayıb,"
- bu sözləri xanım Panteleenko deyir.
Stepan gün ərzində 25 kq balıq, meyvə və tərəvəz yeyir! Lakin
futbol həvəsi və fotosessiyalarda çox iştirak etməsi onun artıq
çəki problemini həll etməyə kifayət edir.
pahoo.az
2. Onu 3 aylığından bəri evlərində saxlayırlar.
3. İlk günlərdə çox zəif və ağır vəziyyətdə idi.
4. Lakin Svetlana və Yuriy onun qayğısına qalaraq, ayını
sağaldırlar.
5. Onun indi 23 yaşı var və fuutbol oynamağı çox sevir!
6. O insanları çox sevir və dostyana münasibət
göstərir./big.az/