Rusiya-Azərbaycan avtomobil yolu hər iki istiqamətdə bağlandı

16 İyun 2016 09:20 (UTC+04:00)

İyunun 15-də axşam Bakı vaxtı ilə saat 23:20-də Rusiya ilə Azərbaycanı birləşdirən Transqafqaz avtomagistralının Şimali Osetiyadan keçən hissəsində uçqun nəticəsində yol hər iki istiqamətdə bağlanıb.

Virtualaz.org Şimali Osetiyanın hüquq-mühafizə orqanlarının məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Uçqunun baş verdiyi əraziyə xilasedicilər və aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Yolun nə zaman açılacağı barədə məlumat verilmir.