Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişmədi

16 İyun 2016 10:00 (UTC+04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb. "RİA Novosti" xəbər verir ki, uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalıb.

Qeyd edək ki, hazırki uçot dərəcəsi 2015-ci ilin dekabr ayından Federal Ehtiyatlar Sistemi tərəfindən dəyişməz saxlanılır.