Azərbaycanlı müğənni yeni işini ilk dəfə mətbuata təqdim etdi

16 İyun 2016 10:30 (UTC+04:00)

"Hər kimsə mahnını dinləyibsə, istiqanlı yanaşıb. Düzdür, mahnıda farssayağı ritmlərdən istifadə olunub. Amma bununla belə müsbət qarşılanıb."

Bunu mətbuata açıqlamasında müğənni Rasim Mustafazadə ifa etdiyi yeni "Göy gözlüm" mahnısı haqqında təəssüratlarını bölüşərkən deyib.

O, bildirib ki, ideya müəllifi və bədii rəhbər Rəhman Əliyevin təşəbbüsü ilə sözləri və musiqisi Telman və Mehmana aid olan mahnını ilk dəfə mətbuata təqdim edir. Mahnının aranjeman müəllifi Elvin Musayevdir.

Müğənni əlavə edib ki, mahnıya ekran həyatı vermək fikrindədir:

"Mahnı əvvəl geniş tamaşaçı kütləsinə təqdim olunacaq və daha sonra mahnıya klip çəkiləcək. Təbii ki, klipin xüsusi təqdimatı da nəzərdə tutulub."

R.Mustafazadə onu da qeyd edib ki, qarşıdaki günlərdə dinləyicilərə yeni ritmik və lirik mahnılar təqdim olunacaq. Bundan başqa albom da hazırlanacaq və geniş şəkildə təqdimatı keçiriləcək.