Hacı Məmmədovun həyat yoldaşı türmədə qaldı

16 İyun 2016 11:10 (UTC+04:00)

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

N.Quliyevanın adı sonuncu amnistiya aktı tətbiq olunan məhbusların siyahısına düşməyib.

Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in "Qara Kəmər" əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.