Ərdoğan Obamaya zəng elədi

16 İyun 2016 11:50 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.Bu barədə Ağ Ev məlumat yayıb.

Türkiyə prezident amerikalı həmkarına Orlando şəhərində baş vermiş faciə ilə əlaqədar baş sağlığı verib.

"Tərəflər həmçinin ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki lider zorakı ekstremizmə qarşı mübarizənin vacibliyini vurğulayıblar", - məlumatda deyilir.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.(APA)