Mingəçevir su anbarında batan şəxs xilas edilib

16 İyun 2016 11:38 (UTC+04:00)

Səhər saatlarında Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Xidmətin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 09:45-də başa çatıb.