Məşhur aktrisa səfir oldu

16 İyun 2016 12:16 (UTC+04:00)

Amerikalı aktrisa, "Oskar" mükafatının sahibi Enn Heteuey BMT-in gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə xoşməramlı səfiri seçilib.Bu barədə Movqe.az RİA Novosti agentliyinə istinadən xəbər verir. Aktrisa bildirib ki, gender bərabərliyinə nail olmaqda kömək etmək imkanından xoşhallanır. "Artıq müəyyən irəliləyiş əldə olunub, ancaq vaxt gəlib çatıb ki, biz kollektiv şəklində öz səylərimizi aktivləşdirək və əsl bərabərliyin nail olasını təmin edək", deyə aktrisa bildirib.