Bakıda 4 yaşıl qızı maşın vuraraq öldürüb

16 İyun 2016 13:07 (UTC+04:00)

Bakıda 4 yaşlı uşağı maşın vurub. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rahim Hüseynov idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən qəsəbə sakini 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş N.Zeynalova orada ölüb. Faktla bağlı araşdırma aparılır.