Mobil operatorları 323 mln. manatdan çox gəlir əldə edilib

16 İyun 2016 13:17 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 644,4 mln. manatlıq xidmət göstərib ki, onun da 71,9%-i əhali tərəfindən istehlak olunub. Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.