Boşananların statistikası açıqlandı

16 İyun 2016 13:36 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 19,7 min nikah və 4,1 min boşanma halları qeydə alınıb.  Dövlət Statistika Komitəsindən Movqe.az-a  verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub. Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1075 nəfər gələn və 488 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 587 nəfər təşkil edib.