Maskalı basqınçılar tutuldu

16 İyun 2016 13:55 (UTC+04:00)

Şirvan şəhərində yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub.  Şirvan şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb, hadisə yerini tərk edib.  Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.  Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.