Çətənə kolu aşkarlandı-Bağ evində

16 İyun 2016 15:59 (UTC+04:00)

Nardaranda bağ evlərinin birində yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Movqe.az bu barədə DİN-in rəsmi saytına istinadən məlumat verir.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 160 ədəd çətənə kolu aşkar edilərək götürülüb.