Narkotacir ələ keçdi

16 İyun 2016 16:49 (UTC+04:00)

Ağcabədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Movqe.az xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Fikrət Həsənov 200,08 qram "Spays" narkotik vasitəsini 3400 manata və 700 ABŞ dollarına satarkən tutulub.