Yeni 50 avro təqdim ediləcək

16 İyun 2016 20:00 (UTC+04:00)

Avropa Mərkəzi Bankı, (ECB) yeni 50 avroluq əskinasın 5 İyulda təqdim ediləcəyini və 2017-ci ilin bahar aylarında dövriyyəyə daxil olacağını bildirib. "Marja" xəbər verir ki, bu barədə ECB-dən edilən açıqlamada bildirilib. Açıqlamada həmçinin, 50 avroluq baknotun ən geniş istifadə edilən avro əskinası olduğu bildirilib, dövriyyədə 8 milyondan çox 50 avroluq baknot olduğu və bunun ümumi əskinasların təxminən 45%-ini təmsil etdiyi qeyd edilib.