Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediləcək

17 İyun 2016 11:32 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhər və rayonlarında keçirdiyi buraxılış imtahanlarının protokollarının və cavab kartlarının emalına başlayır.


Komissiyadan Movqe.az-a verilən məlumata görə, nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.


Adıçəkilən rayon və şəhərlərdə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 45827 şagird (IX sinif üzrə 25530, XI sinif üzrə 20297) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı iyunun 16-da keçirib.


9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb: "Xəbərdarlıqlara baxmayaraq, bəzi şagirdlər imtahana gələrkən sənədlərini gətirməmişlər. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə xatırladırıq ki, imtahanda "İmtahana buraxılış vərəqəsi", şəxsiyyəti təsdiq edən sənədin əsli, 16 yaşı tamam olmayan və şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər bu sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) tələb olunur".