Kamal Doğulu niyə intihar edib? - iddia

17 İyun 2016 12:22 (UTC+04:00)

Dünən təcili şəkildə xəstəxanaya aparılan modelyer Kamal Doğulu haqda Türkiyə mediasında müxtəlif xəbərlər dolaşır. 


Movqe.az xəbər verir ki, ayağındakı problemə görə həkimə getməyə hazırlaşan Doğulu evdən çıxarkən pilləkənlərdə yıxılıb və tək yaşadığı üçün xəbərsiz şəkildə saat yarım qan içində qalıb. Müayinə zamanı modelyerin beyin travması keçirdiyi, onurğasında zədələnmə olduğu müəyyən edilib.


İddialara görə isə K.Doğulu intihar edib. Uzun zamandır psixoloji problemləri olan ulduz "İşte benim stilim"dən ayrıldıqdan sonra depressiyaya düşüb. İşləri də pozulan Kamal adını daşıdığı gözəllik salonunun bağlamaq məcburiyyətində qalıb. O, daha sonra bir ay xəstəxanada psixoloji müalicə görüb. Bu arada 20 kiloqram kökələn K.Doğulu yaxın qohumunun gözəllik salonunda çalışaraq tələbatını ödəyirmiş. Onun son zamanlar başda qardaşı, aktyor Kadir Doğulu olmaqla hər kəslə münasibətlərinin soyuq olduğu deyilir.


Kadirin keçmiş nişanlısı, bir zamanlarda Kamalla çalışan müğənni Hande Yener xəbəri eşidən kimi xəstəxanaya gəlib. Lakin onun da modelyerlə arasının son zamanlar pozulduğu bildirilib. K.Doğulu ilə birgə "İşte benim stilim"in münsiflər kürsüsündə əyləşən modelyer Nur Yerlitaş isə "onu bu vəziyyətə salanlar var" deyib.