Dünya Bankı Azərbaycana 67 milyon dollar ayıracaq

17 İyun 2016 12:50 (UTC+04:00)

Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq.Movqe.az xəbər verir ki, kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərin görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: "Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq"./apa/