Azərbaycan güləşçiləri Rumıniyaya gedəcəklər

17 İyun 2016 13:10 (UTC+04:00)

Rumıniyanın paytaxtı Buxarestdə iyunun 18-də İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. 


Movqe.az goal.az-a  istinadən  xəbər verir ki, iki gün davam edəcək turnirdə yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın 3 üzvü iştirak edəcək.


Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Buxarestə Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) yollanıb.


Turnirin proqramına əsasən, hər üç güləşçi iyunun 18-də xalça üzərinə çıxacaq.


Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlığı başa vuran qadın güləşçilər isə Polşanın Spala şəhərinə yola düşüb. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) "Poland Open" XX beynəlxalq turnirdə qüvvələrini sınayacaq.


Qeyd edək ki, iyunun 18-də 48, 55, 60, 69 kq, 19-da isə 53, 58, 63, 75 kq güləşçilər yarışacaqlar.