"Google" məşhur türk aktrisasını belə təbrik etdi - FOTO

17 İyun 2016 19:00 (UTC+04:00)
"Google" türk kinosunun əfsanəvi aktrisası Adile Naşiti ad günü münasibətilə maraqlı təbrik edib.

Movqe.az xəbər verir ki, rol aldığı kinolarda hər zaman evdar və zəhmətkeş qadın obrazını canlandıran aktrisaya edilən bu jest hamı tərəfindən maraqla qarşılanıb.

Belə ki, "Google" aktrisanın yaddaşlarda qalan "Hababam Sınıfı" filmində yemək bişirən obrazını axtarış sistemində qeyd edib.