Robot labaratoriyadan qaçdı

17 İyun 2016 19:30 (UTC+04:00)

Öyrənmək qabiliyyətinə sahib olan bir robotun açıq qapıdan çıxaraq qaçması hər kəsi heyrətləndirib. 


Movqe.az xəbər verir ki, elm adamlarının bir müddətdir inkişaf etdirdiyi öyrənmə qabiliyyətli robot küçədə gəzməyə başlayıb. O avtomobillərin hərəkətinə mane olub. 


Bu macərə robotun enerjisi bitənə kimi davam edib. Şirkətin məlumatına görə, robot insanlarla əlaqə qura, suallarını cavablaya və yol göstərə bilir./inter.az/