Hakimdən ayaqları olmayan şəxsə tələb: "YERİ!" - FOTO/VİDEO
17 İyun 2016 20:30 (UTC+04:00)
Olimpiadalara qatılan ilk paralimpiyaçı atlet kimi
tarixə düşən və qız dostu Reeva Stinkampı öldürməkdə günahkar olan
Cənubi afrikalı idmançı Oskar Pistoriusun məhkəməsində hakimlər
ondan protez ayaqlarını çıxardıb gəzməyi tələb
edib.
Qız dostunu oğru hesab etdiyi üçün öldürdüyünü
sübut etməyə çalışan Pistorius dünən baş tutan iclasda protez
ayaqları olmadan nə qədər çətinlik çəkdiyini göstərmək üçün
protezləri çıxıb salonda gəzib. Gəzərkən çətinlik çəkən Pistorius
hakimin xahişi yerinə yetirən zaman göz yaşlarını saxlaya
bilməyib.
Qətlə yetirilən qızın atası isə prokurordan
silahdan dörd dəfə atəş açılaraq öldürülən Steenkampın qanlar
içindəki fotoşəkillərinin məhkəmədə göstərilməsini tələb edib.
Hakim Thokozile Masipa Steenkampın altı fotoşəkilinin dərc
olunmasına icazə verib. (publika.az)