Duz ilə edilən inanılmaz işgəncə
17 İyun 2016 21:00 (UTC+04:00)
Məlumatlı olmaq həm də təxminən silahlanmaq kimi
anlaşılır bu günümüzdə də. Məlumata həm də ona görə silah deyilir
ki, o lazım gəldiyi anda elə əldə açılacaq silah qədər təhlikəli
ola bilir.
İndi dünyamız, həyatımız problemlərlə
müharibələrlə nə qədər zəngin, qarışıq olsa da orta əsrlərdə
müxtəlif ölkələrdə verilən işgəncələr haqda məlumatlarla tanışlıq
insanı bir başqa cür dəhşətə gətirir. Yəni bu günkü dəhşətlərlə az
qala şükür edir adam. Özü də bu işgəncələr gündəlik həyatda həm də
bizi yaşatmaq üçün lazım olan vasitələrlə həyata keçirilir. Yəni
oxuduqca bir də onu düşünürsən ki, yediyin hər şeyi tərsinə
istifadə eləsən həm də ölümlə üzləşə bilərsən.
İnanmırsınız?
Su
Su müqqəddəs həyat üçün vacib saydığımız bir
şeydir. Amma həyat, yaşamaq üçün vacib olan su, həm də ölmü gətirir
bəzən. Məsələn, orta əsrlərdə insanlar işgəncə vermək üçün onların
ağızına su tökmək üçün qıf yerləşdirib dayanmadan mayeni insanın
boğazına tökürlərmiş. Davamlı su içməksə insanın orqanizmində
maddələr mübadiləsini pozur. Qıcolmaya və ölümə gətirə
bilir.
Yumurta
Insanın boğazını boru ilə genişləndirib bir neçə
yumurtanı mədəsinə qədər itələyirlər. Qabıqlı və çiy yumurta mədədə
həzm oluna bilmədiyi, həm də başqa qidaların yerləşməsinə,
maneçilik törətdiyi üçün orqanizmdə kəskin ağrılar başlayır. Bəzi
hallarda orqanizin müqavimətsizliyi insanın ölümünə gətirə
bilir.
Duz
İnsanların bəzən yeməyi dada gəlsin deyə istifadə
etdikləri bu mətbəx təamı orta əsrlərdə Çində işgəncə vasitəsi idi.
İşgəncə altında olan insane dayanmadan duz yedirirdilər ki, bu də
təkcə dəhşətli susuzluq yox həm də insane çəkisinin sürətlə
artmasına xidmət edə bilən pozğunluqlar yaradır
orqanizmdə.
Ət
Gündəlik qida rassionumuzda vacib olan ət məhsulu
da orta əsr işgəncə vasitələrindən olub. Dəhşətli işgəncələrin necə
deyərlər banisi olan çinlilər dar qəfəslərə salınan cəzalı
insanlara dayanmadan soyutma ət yedirdirdilər. Duzsuz, susuz və heç
bir əlavə qida olmadan ət yemək insanı qısa bir zamanda ölümə
gətirir.
Yuxusuzluq
Bu dəhşətli cəza vasitəsini isə iyiriminci əsrdə
NKVD fəalları tətbiq ediblər. Yuxusuzluq adlandırılan cəza
mexanizmi saxlanılan şəxsə bir həftə ərzində yatmağa imkan
verməməkdən ibarətdir. Bir həftə davamlı olaraq yatmasına icazə
verilməyən şəxsin həftə sonu psixoloji durumunda elə gərginlik
yaranır ki, o, həyatı boyu etmədiyi şeyləri edəcək hala gəlir.
Bundan sonra o, təkcə bildiklərini danışmır, həm də yatmasına imkan
verilməsi üçün bütün dəhşətli cinayətləri törədəcək adam olur.
bizimyol.com