Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

17 İyun 2016 16:15 (UTC+04:00)

Türkiyədə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini Azərbaycandan olan tələbələr təşkil edir.


Bu barədə Move.az Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.


Qəzetin məlumatına əsasən, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı 12 504 nəfər təşkil edir.


Türkiyədə təhsil alan 12 504 tələbənin 2776-sı qızdır.


Türkmənistan bu siyahıda ikinci yerdədir.