Finlandiyada Leninin yeni muzeyi açılır

17 İyun 2016 13:50 (UTC+04:00)

Finlandiyanın Tampere şəhərində Kommunist Partiyasının və SSRİ-nin qurucusu Vladimir Leninin yenilənmiş muzeyi açılacaq.


Bu, Rusiyadan kənarda Leninə həsr edilmiş yeganə sərgi-kompleks olacaq. Muzey V.Leninlə İosif Stalin arasında 1905-ci ildə ilk məxfi toplantı keçirilən zalda təşkil olunub.


Zalın yenidən qurulması işlərinə 1 il vaxt sərf olunub. Yenilənmiş muzeydə V.Leninlə yanaşı, İ.Stalin, Nikita Xruşşov, Mixail Qorbaçov, hətta Vladimir Putinə dair ekspozisiyalar olacaq.


Muzey rəhbərliyi hesab edir ki, sərgi, əsasən, rusiyalı qonaqları cəlb edəcək./trend/