Bakı-Sumqayıt yolunda yanğın meşə zolağını təhlükə altında qoyub

18 İyun 2016 15:00 (UTC+04:00)

Səhər saatlarında Bakı-Sumqayıt yolunda yanğının meşə zolağına keçməsinin qarşısı alınıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda 2000 kv.m sahədə quru ot və kol-kos sahəsində yanğın baş verib. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib və ərazidəki meşə zolağı yanğından mühafizə olunub.


Yanğın saat 11:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.