Hava limanında sərnişindən metal dəyənək götürülüb (FOTO)

18 İyun 2016 15:30 (UTC+04:00)

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı vasitəsilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda olan şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.