Telekanal işçisinin evi yandı - FOTO

18 İyun 2016 18:30 (UTC+04:00)

Göyçay rayonunda yanğın olub.


Movqe.az-ın xəbərinə görə, hadisə bu gün saat 15 radələrində Göyçayın Yekəxana kəndində qeydə alınıb.

 

Kənd sakini Rəşidov Rəşad Valeh oğluna məxsus evin həyətindəki mal-qara tövləsində baş verən yanğın havanın küləkli olması səbəbindən qısa müddətdə geniş ərazini əhatə edib. Hadisə nəticəsində tövlə və onun damındakı 2 ton ot, 31-BC-075 dövlət nömrə nişanlı "QAZ 2410" markalı minik avtomobili, yaxınlıqdakı pomidor istixanası və meyvə ağacları yanıb.

       

Hadisə yerinə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, alovun yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik məlum deyil. 

      

Qeyd edək ki,  R. Rəşidov "Space" TV-nin əməkdaşıdır. Yanğın baş verən zaman o, Ağdaşda olduğundan hadisədən gec xəbər tutub. Hadisə nəticəsində R. Rəşidovun şəxsi əmlakına 8 min manat ziyan dəyib. 

     

Faktla bağlı araşdırma aparılır./apa/