Hesabı hakerlər tərəfindən oğurlanan müğənnidən açıqlama

18 İyun 2016 21:00 (UTC+04:00)
Hesabı hakerlər tərəfindən oğurlanan müğənnidən açıqlama

Türkiyəli müğənni Ziynet Sali hakerlərin hədəfinə çevrilib.
 
Movqe.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyunun 12-də Tvitter-də İnstaqramının ələ keçirildiyini yazan ifaçı günlərdir hakerlərlə mübarizə aparır. 

Nəhayət ki, hesabını yenidən aktivləşdirən ifaçı foto paylaşaraq "İnstaqram hesabım təkrar aktivləşdi. Gözəl paylaşımlarla yenə də burada görüşmək ümidilə...Sevgi ilə..." yazıb.