Azərbaycan prezidenti: "2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq"

19 İyun 2016 09:40 (UTC+04:00)

 "Biz gələcəyimizi bu müsbət nəticələr əsasında qururuq və uğurla qururuq. Keçən il və bu il ölkəmiz üçün sınaq ili olub. Çünki dünya iqtisadiyyatı hələ ki, böhran içindədir. Neftin qiyməti üç-dörd dəfə aşağı düşüb. Ona görə, bu, bizim üçün böyük bir sınaq idi".

 

Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iyunun 17-də təşkil olunan iftar mərasimində deyib.

 

Prezident  İlham Əliyev Azərbaycanın bu sınaqdan şərəflə çıxdığını qeyd edib: "Biz bu müddət ərzində görürük ki, cəmiyyət daha da sıx birləşib, həmrəylik daha da artıb. Bizim siyasətimizə daha da böyük dəstək görürük. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır, gücləndirir və yeni işlər görməyə sövq edir. 2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq. Gələn ildən isə bizim uğurlu iqtisadi inkişafımız davam edəcək".