Təhsil Nazirliyinə AMEA-da magistratura təhsili sahəsində yeni səlahiyyət verilib

19 İyun 2016 10:00 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif səbəblərdən magistratura təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası müəyyənləşib.

 

Movqe.az-ın  məlumatına görə, bu, Nazirlər Kabinetinin "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdiriləcək və AMEA-ya onun müraciəti əsasında veriləcək.