48 yaşlı aktrisa yataqda fotosunu paylaşdı

19 İyun 2016 12:00 (UTC+04:00)

"Playboy"-un əsas modellərindən olan Pamela Anderson yeni fotosu ilə böyük diqqət görüb.
 
Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı aktrisa yataqda ağ-qara fotosunu paylaşıb. 

Paylaşdığı fotoya görə Pamelanı "ikinci Merilin Monro" adlandırıblar. Yaşına baxmayaraq olduqca cazibədar görünən aktrisa bədəninin ideal formada qalmasını vegetarian menyusuna və idmana borclu olduğunu söyləyib. Son zamanlar nə televiziya verilişlərinə qatılan, nə də filmlərə çəkilən Anderson ictimai fəaliyyətlə məşğul olmağa üstünlük verir. Aktrisa ekologiyanın müdafiəsi ilə bağlı müxtəlif tədbirlərin iştirakçısıdır.