MSK sədri: `Seçki baş tutub`

19 İyun 2016 17:00 (UTC+04:00)

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin yekunlarına dair mətbuat konfransında deyib. MSK sədri bildirib ki, seçkiləri 740-dan artıq yerli və beynəlxalq müşahidəçi izləyib. M.Pənahov seçkilərlə bağlı hər hansı şikayətin daxil olmadığını bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də seçkinin şəffaf keçirildiyini bildiriblər.