Hillari Kliton ikinci dəfə nənə oldu

19 İyun 2016 17:32 (UTC+04:00)

ABŞ-ın keçmiş dövlət katibi, Demokratlar Partiyasından prezidentliyə namizəd olan Hillari Klintonun qızı Çelsi Klintonun ikinci övladı dünyaya gəlib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Mark Mezvinskinin həyat yoldaşı olan Çelsi Klinton bu haqda özünün Tvitter səhifəsində məlumat yayıb.

"Mark və mən oğlumuzun dünyaya gəlişini bayram edirik", - o, yazıb.


İkinci dəfə nənə olan Hillari Klintonun nəvəsinə Aydan adı verilib.


Bundan əvvəl ailədə qız uşağı doğulmuşdu.