Seedstars World müsabiqəsində Azərbaycanı "Kvotter" layihəsi təmsil edəcək

20 İyun 2016 12:00 (UTC+04:00)

Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 18 iyunda Qafqaz Universitetinin Texnoparkında növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilib. Azercell, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı PAŞA Bank və QU Technopark dəstəyi ilə keçirilən tədbir TechNote tərəfindən canlı yayımlanıb. Münsiflərin səsverməsi nəticəsində 2017-ci ildə Azərbaycanı Seedstars World müsabiqəsində təmsil edəcək qalibin adı açıqlanıb. Beləliklə 2017-ci il İsveçrədə dünyanın ən yaxşı startapı adını almaq uğrunda "Kvotter" layihəsi yarışacaq. Seçimlər nəticəsində II yerin qalibi " Food look", III yerin sahibi


İsə "Keep Face" olaraq müəyyənləşiblər.


Ikinci yerin qalibi Huawei şirkəti tərəfindən təqdim olunan mobil telefon cihazlarını,III yerin sahibi isə Barama-dan hədiyyələr qazanıb.


Azercell-in Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri və Barama Biznes İnkubatorun baş meneceri, ölkə üzrə müsabiqənin təşkilatçısı və Seedstars Səfiri İmran Bağırov bu il keçirilən yerli seçimlərdə uğurlu layihələrin daha çox olduğunu vurğulayıb.


Məlumat üçün bildirək ki, Seedstars World müsabiqəsinin yerli seçimləri nəticəsində 1-ci mərhələdən seçilmiş 10-12 startup ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin mütəxəssisləri qarşısında startuplarının təqdimatını ediblər. Bu tədbir inverstorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup qlobal "Seedstarsworld’də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. Ən əsası qalib layihə investisiya uğrunda qlobal startuplar ilə mübarizə aparır.


Onu da qeyd edək ki, Seedstars World inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.


Ötən il Seedstars World 36 ölkəni əhatə edirdisə, artıq 2016-cı ildə iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər.


Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom MMC bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.


Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz


Vaxt Təsviri

14:00 – 14:30 Qeydiyyat

14:30 – 14:45 Salamlama

14:45 - 16:00 Birinci təqdimat sessiyası

16:00 - 16:10 Sual-cavab sessiyası

16:10 - 16:30 Fasilə

16:30 - 17:45 İkinci təqdimat sessiyası



Vaxt Təsviri

17:45 - 18:30 Münsiflərin müzakirəsi

18:30 - 18:45 Qalibin elan olunması

18:45 Son