18 yaşlı məktəbli direktora qoşulub qaçdı

20 İyun 2016 20:00 (UTC+04:00)

Qoşulub qaçan məktəblinin atası isə hadisə ilə bağlı danışmaqdan imtina edib.


Türkiyənin Mersin vilayətinin Anamur rayonunda 18 yaşlı T.A bir müddətdir sevgili olduğu lisey müdiri, 1 uşaq atası, evli, 36 yaşlı Osman Rurkan Cengizə qoşulub qaçıb.


Movqe.az-ın məlumatına görə, liseyin bu il məzunu olacaq T.A-nın bazar ertəsindən itkin düşdüyü bildirilir. Gənc qızdan xəbər ala bilməyən valideynləri polisə müraciət ediblər. 


Aparılan araşdırmalardan sonra qızın sonuncu dəfə müdirin maşınına mindiyi məlum olub. Axtarışları davam edən qızın elə həmin liseydə kimya dərsi deyən müəllimə ilə evli olan lisey direktoru ilə qaçdığı məlum olub. Gənc qızla qaçmazdan əvvəl lisey direktoru atası ilə sahib olduğu təhsil ocağından 30 min TL (15 234 AZN) nəğd pul və 20 min TL-lik (10 156 AZN) müştəri çekini də apardığı bildirlir. Cütlüyün ölkə xaricinə qaçdığı iddia olunur.


Gənc qızla qoşulub qaçan müdirin həyat yoldaşı hazırda şok keçirdiyini söyləyib.


"Həyat yoldaşım 24 saat mənimlə idi. Birlikdə məktəbə gedib birlikdə gələrdik. İndi şok içindəyəm. Boşanma ərizəsi vermək barədə hələ ki bir qərara gəlməmişəm", - deyə lisey müdirinin həyat yoldaşı bildirib.


Qoşulub qaçan məktəblinin atası isə hadisə ilə bağlı danışmaqdan imtina edib./anspress/