Çimərliklərə təcili yardım briqadaları təhkim edildi-Açıqlama

20 İyun 2016 12:09 (UTC+04:00)

Bakıda dövlət çimərliklərinə 14  təcili və təxirəsalınmaz tibbi yardım briqadası təhkim edilib. Bu barədə Movqe.az-a açıqlamasında  Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.  R. Nağıyev bildirib ki, 14 briqada səhər saat 9-dan axşam 19-dək dövlət çimərliklərində növbə çəkəcək. R. Nağıyev hələki günvurma ilə bağlı BŞTTTYS-a müraciətlərin daxil olmadığını söyləyib. Onun sözlərinə görə, günvurma ilə bağlı müraciətlərin daxil olmamasına səbəb bu il havaların sərin keçməsidir. Bununla belə R. Nağıyev isti günlərdə günvurmadan qorunmağın vacib olduğunu söyləyib.