"Paytaxtda keçirilən Formula-1 yarışları zamanı iyunun ayının 17-dən 19-dək təcili tibbi yardıma təxminən 100-dən artıq müraciət olub. Müraciət edənlər arasında qonaqlar, könüllülər və marşallar var".
Bu sözləri Movqe.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. R. Nağıyev bildirib ki, Formula-1 yarışlarında hələki günvurma ilə bağlı müraciət edən olmayıb: " Müraciət edənlər baş, çiyin və göz ağrılarından şikayətləniblər. Yarış iştirakçılarından isə təcili tibbi yardıma müraciət edən hələki olmayıb".
Məlumat üçün qeyd edək ki, Səhiyyə Nazirliyi iyunun 17-dən 19-dək Bakıda keçirilən Formula-1 yarışları zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi yardım briqada ayırıb.