Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub (YENİLƏNİB)

20 İyun 2016 13:50 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya sərmayələrinin ümumi həcmi 3 milyard dollar təşkil edir.


Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda deyib.


Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600-dən çox müəssisə qeydiyyata alınıb.


N.Səfərov qeyd edib ki, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyub: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 2016-cı ilin ötən 4 ayı üzrə Rusiya Azərbaycanın əmtəə dövriyyəsində ikinci yeri, idxalda birinci yeri, ixracda isə 10-cu yeri tutur".


Nazir müavini əlavə edib ki, 2015-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 1,9 milyard dollar təşkil edib.