“Uğurlu Rəqəm 8” ani lotereyası ixtiyarınızdadır

20 İyun 2016 15:43 (UTC+04:00)

Azərbaycan lotereya bazarında uzun müddət ərzində uğurla fəaliyyət göstərən lotereyalar az deyil. Bir neçə ildir ki, lotereya həvəskarları "Qızıl Payız", "Qış möcüzəsi", "Bahar sevincləri" və digər bu kimi bayram lotereyalarında həvəslə iştirak edirlər.

İstehlakçının eyni lotereyada bir neçə il iştirakının əsas səbəbi isə təbii ki, onun bu lotereyalara inamdan doğur. Lakin bir faktı da nəzərə almaq lazımdır ki, bayram lotereyalarının tirajları ildə bir dəfə, həm də bayram ovqatlı iştirakçıların arasında keçirilir. Bəs onda iki il ərzində, yüz minlərlə istehlakçının hər gün, hər saat, hər an sınaqdan çıxardığı "Uğurlu Rəqəm" lotereyasının populyarlığını nə ilə izah etmək olar? İki il öncə bazara çıxarılan kimi bu lotereyanın istehlakçılar tərəfindən həvəslə qəbul edilməsinin izahı çox sadə idi. O dövrədək, Azərbaycan lotereya bazarında bütün ani lotereyalar "bir bilet-bir uduş" formatında fəaliyyət göstərirdi və "Uğurlu rəqəm" ilk ani lotereya idi ki, bir biletlə iki və daha çox uduşa sahib olmaq imkanı verirdi.

Sonrakı mərhələdə fəaliyyətə başlayan ani lotereyalar məhz bu formatda idi və bu lotereyalar da, xüsusən "Qızıl Şans" ani lotereyası istehlakçılar arasında kifayət qədər populyardır. Lakin "Uğurlu rəqəm" bütün stereotipləri alt-üst etdi. Həmin dövrdə heç kim fikirləşmirdi ki, bu lotereya istehlak bazarında ciddi amilə çevriləcək. Təkcə onu qeyd etmək kifayətdir ki, 2014-cü ilin aprel ayından bəri "Uğurlu rəqəm 1,2,3.....7" adı altında 7 lotereya yüksək populyarlıqla fəaliyyət göstərir və bu sözün həqiqi mənasında istehlakçıların lotereyaya olan möhkəm inamlarının təzahürüdür. Bu dövrdə "Uğurlu rəqəm" seriyasından olan ani lotereyalar istehlakçılara milyon ədəddən çox uduşun sevincini bəxş edib və budur, "Uğurlu rəqəm" seriyasından 8-ci buraxılış artıq satışdadır. Özü də, nə az, nə çox, düz 706 min 396 uduşla! Qalır alıb, pozub və udmaq. O da bəxtini sınamaq istəyən hər kəsin birmənalı olaraq ançaq özündən asılıdır.

Yeri gəlmişkən, "Uğurlu rəqəm" ani lotereyalarının oynanılma qaydaları dəyişməz qalır. "Uğurlu rəqəm 8" lotereya biletinin üzərində yerləşən üstüörtülü "uğurlu rəqəm" və "oyun xətləri"nin qoruyucu səthini pozmaq lazımdır. "Uğurlu rəqəm" zonasında yazılan rəqəm "oyun xətləri"nin üzərində olan rəqəmlərdən biri ilə üst-üstə düşərsə, bilet həmin xətdə göstərilən məbləği udmuş olur. Yuxarıda qeyd etdiyimiz kimi, biletiniz bir neçə xətt üzrə uduşlu ola bilər və bu halda sizin bütün uduşlar cəmlənir. Bir sözlə, ani lotereya həvəskarları uduşlarla zəngin maraqlı bir yay yaşayırlar.

Amma qeyd etməliyik ki, lotereya bazarı təkcə ani lotereyalardan ibarət deyil və lotereya istehlakçılarının zövqləri də müxtəlifdir. Bir də həftəlik və intellektual lotereyalarda oynanılan məbləğləri yaddan çıxarmaq olmaz. Hər bazar ertəsi "Binqo" lotereyası tirajında oynanılan, yalnız tirajdan-tiraja keçən uduşların cəmi 500 min manata yaxındır. "Klassik Loto" lotereyası hər çərşənbə tiraj iştirakçılarına 55 min manat "Cek Pot" və 255 min manat məbləğində "Meqa Pot" təklif edir.

İntellektual gündəlik lotereyalarda da sanballı uduşlar oynanılır. Aprelin 29-da üç iştirakçıya 69 min 750 manat məbləğində "Cek Pot" bəxş edən "6/40"-ın yeni "Cek Pot"u qısa vaxt ərzində 62 min 910 manata çataraq iyun ayının 18-də uduldu. "5/36" lotereyası isə iştirakçıları 100 min manatdan çox "Cek Pot"la gözləyir. Belə ki, cari yay mövsümü bütün növ lotereyaların iştirakçıları üçün maraqlı keçəcək.

Bir də yay mövsümünün bir özəlliyi də var ki, bütün insanlar kimi lotereyasevərlərin də böyük bir qismi ölkə hüdudlarından kənarda, ölkəmizin səfalı guşələrində, dağların qoynunda, meşələrdə, dəniz kənarında dincəlməyi planlaşdırır. Onların istirahətinin daha maraqlı keçməsində lotereya tirajlarının özlərinə məxsus yeri var və söhbət təkcə uduşlardan deyil, həm də unudulmaz anlardan, adrenalin bolluğundan gedir. Bu baxımdan onlara www.azerlotereya.com saytı yardımçıdır.

Lakin istirahət məkanında bir də məlum olur ki, lotereya bileti almamısınız, lotereya bileti almaq üçün isə balansınızda pul qalmayıb. Artıq bu problem də həllini tapdı. "Azərlotereya" ASC-nin yeni servisi artıq bütün lotereya sevərlərin və bu oyunlara maraq göstərənlərin ixtiyarındadır. İndi balansınızı artırmaq üçün "LotoKart" balans artırma kartlarından istifadə edə bilərsiniz. Lotereya satış məntəqələrindən "LotoKart"ları indidən alın və istədiyiniz vaxt www.azerlotereya.com saytındakı "LotoKart" vasitəsi ilə balansı artırmaq" bölməsinə daxil olaraq aldığınız kartdakı 16 rəqəmli şifrəni daxil etməklə balansınızı 5 manat, 10 manat və 20 manat artırın. Bundan sonra lotereya bileti almaq şansınız yaranır və bu şans Sizi hər an sevindirə bilər.

Qalır yeniliklərlə ayaqlaşmaq və həyat ritminizi bir anda dəyişmək! Bu isə sizin öz əlinizdədir. Harda olmağınızdan asılı olmayaraq lotereyalar oyunlarında iştirak edin və udmaq şansınızı buraxmayın...