Kostin VTB tərəfindən Maliyyə Nazirliyinin avrobondlarının alınmasını təkzib edib

20 İyun 2016 17:00 (UTC+04:00)

 Rusiyanın Maliyyə Nazirliyi tərəfindən buraxılan avrobondların xarici investorlar tərəfindən deyil, VTB-nin törəmələri tərəfindən alınması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

Movqe.az  xəbər verir ki, bu barədə RBK-ya müsahibəsində VTB-nin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostin deyib.

 

"Tamamilə əsassız, yanlış xəbərdir. Tamamilə sağlam əqd bağlanıb. Üstəlik, siyasi təzyiq olmasa idi, investorlar tərəfindən daha böyük maraq olacaqdı. Bununla belə, indiki vəziyyətdə 4,75%-lik gəlirliliklə dollar istiqrazı buraxmaq xoşbəxtlikdir", - deyə bankir qeyd edib.