Gürcüstandan Azərbaycana "beşbarmaq"la gəlib

20 İyun 2016 17:40 (UTC+04:00)

Gürcüstandan Azərbaycana gələn şəxsin üzərində "soyuq silah" aşkar edilib.


Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan istiqamətindən postun piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı ona məxsus bel kəmərinin başlığına bərkidilmiş "beşbarmaq" aşkar olunaraq protokol əsasında götürülüb.


Faktla bağlı araşdırma aparılır.